"Bərəkət fondu" vaksini üzrə tədqiqat qrupunun müdiri İranda ayda on milyon doza vaksin istehsal ediləcəyini bildirib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə, bu gün Fars informasiya agentliyi ilə müsahibədə bu fondda koronavirusa qarşı altı vaksinin istehsal edilməkdə olduğunu bildirən Həsən Cəlili vurğulayıb ki, qarşıdan gələn yaz fəslində ayda on milyon dozadan yuxarı vaksin istehsalı nəzərdə tutulub.
"Bərəkət fondu" vaksini üzrə tədqiqat qrupunun müdiri qeyd edib ki, altı vaksinin istehsalı üçün proqramlaşdırma aparılıb.
Həsən Cəlili həmçinin İran vaksinlərinin təsir güclərini yüksək və effektli adlandırıb.