İran Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel tərəfindən diplomatik təmaslara başlamaq barədə təklifi üçün vaxtın uyğun olmadığını açıqlayıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə XİN-nin veb saytında yer alan yazılı açıqlamasında Borrelin təklifini qiymətləndirib.
ABŞ və 3 Avropa ölkəsinin yanaşması və atdıqları addımlar səbəbindən Borrel tərəfindən təklif olunan görüş üçün vaxtın uyğun olmadığını bildirən Xətibzadə "Bütün tərəflərin nüvə sazişindəki öhdəliklərini yerinə yetirməsi müzakirə mövzusu deyil. Bu istiqamətdə bütün danışıqlar 5 il əvvəl aparıldı. Hansı addımın atılmasının lazım gəldiyi kifayət qədər aydındır; ABŞ bütün sanksiyalarına son qoymalı və nüvə razılaşmasında öz öhdəliklərini yerinə yetirməyə qayıtmalıdır. Bu iş nə danışıqlara ehtiyac duyur, nə də Beynəlxalq Atom Enerji Agentliyi İdarə Heyətinə." , -deyə bildirib.
ABŞ-ın mövqeyində və hərəkətlərində heç bir dəyişiklik olmadığını, ABŞ-ın yeni prezidenti Co Baydenin keçmiş prezident Donald Trampın maksimum təzyiq siyasətindən əl çəkmədiyini və nüvə razılaşması ilə bağlı öhdəliklərini açıqlamadığını deyən İran XİN sözcüsü sonra deyib: "İran hərəkətə hərəkətlə cavab verəcək. Sanksiyaların ləğvi ilə bağlı öhdəliklərinə qayıdacaq. Düşməncə addımlara da eyni şəkildə cavab verəcəkdir.".