İran: Atom Agentliyi ABŞ və Avropanın siyasi alətinə çevrilib

İran: Atom Agentliyi ABŞ və Avropanın siyasi alətinə çevrilib

Beynəlxalq Atom Enerjisi Agentliyi ABŞ və Avropanın siyasi alətinə çevrilib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan New-York Times -ə müsahibəsində deyib.

O nüvə sazişinin bərpası ilə bağlı atılan addımlardan və mövcud əngəllərdən danışıb.

İran XİN rəhbəri bu müsahibədə Beynəlxalq Atom Enerjisi Agentliyinin fəaliyyətinin obyektivliyinə şübhə ilə yanaşaraq, deyib:

"Agentliklə əməkdaşlığımız davam edir, lakin böyük problem var. Agentlik öz texniki vəzifələrini yerinə yetirməlidir, lakin çox vaxt siyasi yol tutur və özünü siyasi aparır. Agentliklə əməkdaşlığımızı texniki cəhətdən gücləndirə bilərik, lakin agentlik siyasi və siyasi davranışlardan uzaq durmalıdır. Əgər agentlik sırf texniki yanaşarsa, İrana qarşı ittihamların öz həllini tapacağına şübhəmiz yoxdur. Deməli, biz Agentliklə daha çox texniki əməkdaşlığa hazırıq, lakin ABŞ və üç Avropa ölkəsi danışıqlarda Agentliyə diqqət yetirməlidir ki, bu da texniki yoldan yayınmamalıdır.

Xəbəri paylaş

VİDEOLAR