İran: Amerikalılar Suriyanı dərhal tərk etməlidirlər!

İran: Amerikalılar Suriyanı dərhal tərk etməlidirlər!

"Amerikalılar Suriyanı dərhal tərk etməlidirlər".

Az.rasthaber.com xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

O bildirib ki, ABŞ ordusunun bu səhər Suriya xalqına və infrastrukturuna qarşı yeni təcavüzü bu ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün pozulmasıdır və qətiyyətlə pislənir.

O qeyd edib ki, ABŞ ordusunun Suriya xalqına qarşı bu yeni təcavüzü işğala qarşı döyüşçülər və xalq qruplarına qarşı terror aktıdır və biz bu qrupların İrana bağlılığını inkar edirik.

N.Kənani deyib ki, ABŞ hərbçilərinin Suriyanın bəzi bölgələrində mövcudluğunu davam etdirməsi beynəlxalq qanunlara ziddir və bu ölkənin milli suverenliyini pozur və işğal kimi qiymətləndirilir:

"Buna əsaslanaraq, ABŞ dərhal Suriyanı tərk etməli və ölkənin neft və taxıl sərvətlərini talamağa son qoymalıdırlar".

Xəbəri paylaş

VİDEOLAR