İran Aİ və Britaniyaya cavab sanksiyaları tətbiq edəcək

İran Aİ və Britaniyaya cavab sanksiyaları tətbiq edəcək

İran Avropa İttifaqı (Aİ) və Böyük Britaniyaya qarşı yaxın zamanda sanksiyalar tətbiq edəcək.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN rəsmi nümayəndəsi Nasir Kənani Nazirliyin “Telegram” səhifəsində məlumat verib.

Kənani bildirib ki, Aİ və Britaniyanın hərəkətləri onların müasir İran reallığını düzgün dərk etməkdə çətinlik çəkmələrinin və ölkə hakimiyyəti ilə bağlı yanlış təsəvvürün əlamətidir. İran tez bir zamanda insan hüquqlarını pozanlara qarşı yeni sanksiyaların siyahısını açıqlayacaq.

Xəbəri paylaş

VİDEOLAR