İran AEBA ilə texniki danışıqları davam etdirir

İran AEBA ilə texniki danışıqları davam etdirir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki danışıqları davam etdirir.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossinin Tehrana səfəri zamanı elan edilən birgə bəyanat çərçivəsində texniki danışıqlar aparılacaq" ,- Kənani qeyd edib.

O bildirib ki, tərəflər arasında əldə olunmuş bəyanat və razılaşma çərçivəsində texniki heyət mübadiləsi aparılıb və Agentliyin nümayəndələri İrana səfər edərək texniki danışıqlar aparıb və bu danışıqlar razılaşdırılmış marşrutlar üzrə davam etdirilir:

“Bu texniki bir yoldur və əgər bu texniki yola siyasi məsələlər və münasibətlər təsir etməsə, biz ümid edirik ki, İran və Agentlik arasındakı yolu davam etdirə və İran ilə Agentlik arasında qalan texniki məsələlərin həlli istiqamətində müsbət addımlar atacağıq”.

Kənani əlavə edib ki, bu prosesin gedişatı JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) ilə bağlı razılaşma prosesinə müsbət təsir göstərə bilər.

Xəbəri paylaş

VİDEOLAR