İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ABŞ prezidenti Co Baydenin Təl-Əvivə səfərinə sosial media Twitter hesabından paylaşım edərək reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, Əmir Abdullahiyan paylaşımında bildirib:
"İran davamlı iqtisadi inkişafa və sanksiyaların ləğvinə doğru güc və ağılla irəliləməkdə davam edir.
Biz böyük İran xalqının qəti hüququndan geri çəkilməyəcəyik. Məqsədimiz yaxşı, güclü və davamlı razılaşma əldə etməkdir. Ağ Evin və sionizmin bölgədəki kukla oyunu, şübhəsiz ki, bizi daha qətiyyətli edir".