İranın Xarici İşlər Nazirliyi ABŞ və Avropanın 19 fiziki və hüquqi şəxsini “terror siyahısı”na saldığını bildirib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
Xarici işlər naziri Qərb rəsmilərinin İranın daxili işlərinə qarışmasına toxunaraq deyib: "Həm sanksiya məsələsində, həm də ölkədə zorakılığın təbliğində iştirak etmiş ən azı 4 qurum və 15 avropalı və amerikalı məsul şəxs Xarici İşlər Nazirliyinin terrorçulara aid qara siyahıya salınıb."
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı İranda etiraz və iğtişaşlar fonunda bu ölkəyə qarşı sanksiya tətbiq edib. Aİ yeni addımında "Rusiyaya silah satdığına görə" İrana yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.