İran ABŞ və 3 Avropa ölkəsinə xəbərdarlıq edib

İran ABŞ və 3 Avropa ölkəsinə xəbərdarlıq edib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və üç Avropa ölkəsinə xəbərdarlıq edərək deyib: "Ya diplomatiya variantına əməl ediləcək, ya da əks istiqamətdə hərəkət edəcəksiniz, biz hər ikisinə hazırıq"

Az.rasthaber.com xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Tvitter hesabında yazıb:

İrqçi İsrail rejimi Nüvə Razılaşmasının bir nömrəli düşməni kimi NPT-ni rədd edir, lakin bu, Yaxın Şərq, Şərq və Şimali Afrikada yeganə nüvə silahı sahibidir. Bu həqiqəti dünya da bilir”.

İran XİN sözçüsü daha sonra əlavə edib:

"Üç Avropa ölkəsi və ABŞ-ın qəsdən özünü  yuxuya getmiş kimi göstərməsini dayandırmağın vaxtı gəlib.

Siz ya diplomatiya variantına əməl edəcəksiniz, ya da əksinə. İran hər ikisinə hazırdır", - deyən Xətibzadə bundan əvvəl verdiyi açıqlamasında: "Biz Direktorlar Şurasında hər hansı qeyri-konstruktiv hərəkətə ciddi və mütənasib cavab verəcəyik", - deyə qeyd etmişdi.  

 
İcma Tərəfindən Doğrulanmış ikonası
 

Xəbəri paylaş

VİDEOLAR