İran: "ABŞ siyasi məqsədlərə nail olmaq üçün iqtisadi terrora əl atır"

İran:

İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda, ABŞ-ın insan haqlarına siyasi yanaşmasını pisləyib və onu insan haqlarının əsas “pozucusu” kimi səciyyələndirib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyi “Amerikada insan haqlarının ifşası həftəsi” ilə bağlı bəyanat yayıb.

Nazirliyin yaydığı bəyanatda bildirilib:

"ABŞ-ın hökumətlərin siyasətlərini dəyişdirmək üçün tətbiq etdiyi birtərəfli və təzyiqçi iqtisadi sanksiyaların insan haqlarının açıq şəkildə pozulması olduğunu vurğulayan İran İslam Respublikası, ABŞ-ın siyasi cəhətdən müstəqil ölkələrə təzyiq göstərmək üçün iqtisadi vasitələrdən sui-istifadə etməsini, insan hüquqlarının pozulmasının və siyasi məqsədlərə nail olmaq üçün iqtisadi terrora əl atmağın bariz nümunəsi kimi görür və bu vəziyyətin insan hüquqları normalarının pozulmasına zəmin yaratdığına inanır.

ABŞ-ın insan haqlarından alət kimi istifadə etməsindən ciddi şəkildə təsirlənən ölkələrdən biri də İrandır. ABŞ təktərəfli və məcburi sanksiyalar tətbiq etməklə İran xalqının təbii və qanuni hüquqlarını hədəfə alıb. 

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları üzrə ekspertlərinin vurğuladığı kimi, general Süleymaninin öldürülməsi Yaşamaq Hüququnun pozulması hesab olunur və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq aktın və İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin müddəalarına ziddir".

Xəbəri paylaş

VİDEOLAR