İran İraqa satdığı qazın pulundan bir qismini əldə etdiyi açıqlayıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Neft naziri Cavad Ouci tvitter səhifəsində yazıb.
O, bu gün etdiyi paylaşımında İraqın ölkəsinə olan qaz borcundan 1.6 milyard dolların əldə edildiyini bildirib.
“Bir neçə ay sürən danışıqlardan sonra İranın İraqa ixrac etdiyi qazın gecikmiş pulundan 1.6 milyardı ödənilib. Ötən illə müqayisədə bu il ölkəmizin qaz ixracı 25 faiz artıb və onun gəlirlərinin 90 faizi əldə edilib”, deyə iranlı nazir əlavə edib.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyaları nəticəsində bu ölkə İraqda, Hindistanda, Cənubi-Koreya, Yaponiya və sair ölkələrdə qalmış onlarla milyard dollarını əldə etməkdə çətinlik çəkir.