İranın BMT-dəki daimi nümayəndəsi ABŞ prezidentinin İrana qarşı son təhdidlərinə etiraz edib.
Rasthaber Azərbaycan İran mediasına xəbər verir, Məcid Təxte Rəvançi çərşənbə axşamı günü BMT baş katibinə və bu təşkilatın təhlükəsizlik şurasına məktubda Amerika prezidenti Donald Trampın İran əleyhinə təhdidinin BMT nizamnaməsinin prinsiplərini, o sıradan onun açıq şəkildə təhdidi və ya gücdən istifadəni qadağan edən ikinci maddəsini pozduğunu bildirib.
Amerikanın İran əleyhinə keçmiş təhdidlərinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymaninin terror edilməsinə işarə edən Təxte Rəvançi BMT Təhlükəsizlik Şurasını/ Amerikanı öz məsuliyyətsiz siyasətləri, qanunsuz hərəkətləri, o sıradan təhdidlərinə son qoymağa məcbur etməyə çağırıb.
İranın BMT-dəki səfiri xəbərdarlıqla bildirib ki, Amerika özünün İrana qarşı ehtimal olunan hər cür avantürasına görə məsuliyyət daşıyacaq. O, vurğulayıb ki, İran İslam Respublikası öz maraqları, ölkəsi və xalqını qanuni şəkildə müdafiə sahəsində bir an belə tərəddüd etməyəcək.
Amerika prezidenti öz tvitter səhifəsində, "Politiko" nəşri saytının, İranın Amerikanın Cənubi Afrikadakı səfirini terror etmək niyyətində olmasına dair iddiasına işarə edib və bu əsassız iddia barədə ritorikalar irəli sürüb. Qeyd olunan iddia barədə heç bir fakt və sənəd təqdim olunmayıb və İranın və hətta Cənubi Afrikanın rəsmiləri belə, dərhal onu təkzib edib.
İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zəri də sosial şəbəkədə şəxsi səhifəsində yazıb: “Əbədi və tanınmış yalançı, yalan xəbərdarlıqla Donald Donald Trampı aldatdı və onu İŞİD-in bir nömrəli düşməninə sui-qəsd etməyə sövq etdirdi. İndi daha bir yalan xəbərdarlıqla Trampı bütün bataqlıqların anasına tərəf sürükləməyə çalışır.
Politico-nun Mənbəi: “ABŞ rəsmiləri”
Trampın mənbəyi: “Mətbuat hesabatı”
“Oyanma vaxtı gəldi! ”