“Amerikalılar bəzi ölkələrin xarici işlər nazirləri vasitəsilə İranla nüvə sazişi əldə etməyə tələsdiklərini bildirirlər, amma mətbuata açıqlamalarında, nüvə sazişi bizim prioritetimiz deyil, deyə iğtişaşları dəstəkləyirlər.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
ABŞ tərəfindən axırıncı mesajın vasitələrlə son 72 saat ərzində gəldiyini deyən İran XİN rəhbəri rəsmi Vaşinqtonu riyakarlıqda ittihamlandırıb.
“Amerikalıların məqsədi kifayət qədər aydındır, onlar bizə təzyiq etmək istəyirlər ki, qırmızı xətlərimizi keçək. Danışıqlarda bizim üçün vacib olan xalqın milli maraqlarıdır; Biz bunu pozmayacağıq, lakin danışıqların gedişində sanksiyaların aradan qaldırılması üçün səylərimizi davam etdirəcəyik. Nüvə sazişinin zəif və güclü tərəfləri var, əgər digər tərəflər öz öhdəliklərinə qayıtsalar bu fürsətdən istifadə edəcəyik.”
O, fikirlərini belə davam etdirib: Biz danışıqlar xatirinə deyil, nəticə üçün danışıqlar apardıq. Mən cənab Robert Maliyə və Amerika hakimiyyətinə ikiüzlü olmağı dayandırmağı tövsiyə edirəm.
İranın xarici işlər naziri əlavə edib: İnsan Haqları Şurasının fövqəladə iclası ilə bağlı Avropa tərəflərinə də lazımi mesajlar göndərdik və bəzi Avropa xarici işlər nazirləri, o cümlədən Avropanın xarici siyasətinə məsul şəxs olan Borrell ilə danışdıq. Əgər avropalılar bu qeyri-konstruktiv yolu dayandırmasalar, onlar bizim qarşılıqlı və effektiv cavabımızla üzləşəcəklər.