İran: ABŞ nüvə sazişi üçün daha çox tələsir

İran: ABŞ nüvə sazişi üçün daha çox tələsir

“Üç gün öncə ABŞ-dan mesaj almışıq və onlar nüvə sazişinin bərpası üçün tələsirlər.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistana səfəri zamanı deyib.

İran XİN rəhbəri nüvə sazişinin bərpası ilə bağlı son proseslərə aydınlıq gətirib və bildirib ki, bir neçə gün öncə ABŞ-dan gələn mesajdan onların tələsdiyi məlum olur.

“Amerikalıların sözü əməli ilə düz gəlmir. Onlarla heç bir danışıqda heç bir imtiyaz verilməyəcək”, deyə İran XİN rəhbəri əlavə edib ki, rəsmi Tehran danışıqların baş tutması üçün Beynəlxalq Atom Enerjisi Agentliyində qaldırılan yeni məsələlərin həllini (gündəmdən çıxarılmasını) istəyir.

Qeyd edək ki, ekspertlərin məlumatına görə nüvə sazişinin bərpasını ləngidən məsələlərdən biri də "İranda nüvə obyekti kimi elan edilməmiş üç obyektdə uran qalıqlarının tapılmasıdır."

İran bu iddiaların İsrail və ABŞ Kəşfiyyatları tərəfindən ortaya atıldığını bildirir.

Xəbəri paylaş

VİDEOLAR