İran: ABŞ İraq, Suriya və Əfqanıstanda alçaldı və biabır oldu

İran: ABŞ İraq, Suriya və Əfqanıstanda alçaldı və biabır oldu

Ukrayna böhranı ABŞ başçılığındakı Qərbin uğursuz səylərinin növbəti nümunəsdir.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın kəşfiyyat nazri İsmayıl Xətib bəyan edib.

O deyib ki, Vaşinqtonun özünün dünyadakı fövqəldövlət imicini qoruyub saxlamaq siyasəti hər zaman uğursuzluğa uğrayıb.

Xətibin sözlərinə görə, ABŞ və Qərb NATO-nun əsasında yeni alyanslar qurmağa çalışır, lakin "biz gördük ki, ABŞ, özünün bütün xərclərinə baxmayaraq, İraq, Əfqanıstan və Suriyada alçalaraq və rüsvay olaraq uğursuzluğa uğradı".

İranlı nazir qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyünün məqsədi Rusiya və Çinin hərbi blokadaya alınmasıdır.

"Əgər NATO-nun lazımi gücü olsa idi, ABŞ özünü Əfqanıstan və Yəməndə göstərə bilərdi, lakin biz NATO üzrə müttəfiqlərin Qərbin Asiyada zəifləməsini müşahidə edirik", - deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR