İran ABŞ hərbi gəmisinin modelini Hörmüzə gətirib

İran ABŞ hərbi gəmisinin modelini Hörmüzə gətirib

İran ABŞ-ın “Nimitz” tipli qırıcıdaşıyan gəmisinin bu yaxınlarda düzəltdiyi modelini Bəndər-Abbas limanından və Hörmüz boğazına gətirib.

Rasthaber Azərbaycan bildirir ki, “Maxar Technologies” şirkəti bununla bağlı peyk təsvirlərini paylaşıb.

AP ehtimal edir ki, İran hərbçiləri bu maketi hərbi təlimlər üçün istifadə etməyə hazırlaşır.

İran KİV və rəsmiləri maketin Hörmüz boğazına gətirilməsini hələ təsdiq və ya təkzib etməyiblər.

Peyk təsvirlərinə əsasən, İranın hazırladığı modelin göyərtəsində 16 təyyarə maketi də var. Həqiqi “Nimitz” gəmisinin uzunluğu 300 metr və eni 56 metrdir, İranın hazırladığı maketin isə uzunluğu 200 metr və eni 50 metrdir.

Qeyd edilir ki, İran daha öncə də – 2015-ci ildə ABŞ qırıcıdaşıyanının oxşar modelindən istifadə edərək manevrlər keçirib. O zamankı təlimlər zamanı İranın sürətli katerləri maketə top və raketlərlə hücum ediblər, maketin özü isə “quru-dəniz” tipli raketlərlə məhv edilib.

Xəbəri paylaş

VİDEOLAR