İran ABŞ-dakı prezident seçkilərinə qarışması rədd olundu

İran ABŞ-dakı prezident seçkilərinə qarışması rədd olundu

İranın BMT-dəki nümyəndə heyətinin sözçüsü Tehranın ABŞ prezident seçkilərinə qarışması ittihamını rədd edib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Əlireza Mir Yusefi İran və Rusiyanı Amerika prezident seçkilərinə müdaxiləyə səy göstərməkdə ittiham edən ABŞ milli kəşfiyyat idarəsinin direktoru Con Li Retkliffin iddiasına cavab olaraq deyib: "Vaşinqtonun əksinə olaraq, Tehran digər ölkələrin seçkilərinə qarışmır və Amerika seçkilərinə qarışmağa maraq da göstərmir və onun nəticələrinə əhəmiyyət vermir."

"Dünya Amerikanın öz prezident seçkilərinin nəticəsini şübhə altına almaq üzrə məyuscasına cəhdlərini ən yüksək səviyyədə müşahidə edir. O, sonra deyib: Bu ittihamlar puç ittihamlar olaraq, amerikalı seçicilərin seçkilərin təhlükəsizliyinə etimadlarını zəiflətmək üzrə digər bir ssenaridən savayı bir şey deyil. Amerika İrana qarşı bədxahcasına və təhlükəli ittihamlarına son qoymalıdır.", -deyə Yusefi əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR