İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl Zöhrəvənd İran-ABŞ danışıqlarının ikinci raundu öncəsi danışarkən, ABŞ prezidenti Donald Trampın Omanda iki ölkə arasında danışıqlardan əvvəl verdiyi açıqlamalara istinad edərək, Ağ Evin Maskatdakı görüşdə mövqeyinin dəyişməsinin diqqətəlayiq olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Zöhrəvənd deyib:
"İranla qarşıdurma ABŞ-ın dağılması demək olardı. Maskat danışıqları öncəsi "təcavüzkar" bəyanatla çıxış edən və İranı təhdid edən Tramp Oman görüşündə mövqeyini xeyli dəyişdi. ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff da ABŞ-ın İrana qarşı çevikliyindən çox məmnun qaldı".
Zöhrevand Uitkoffun danışıqların ikinci raunduna “daha aydın gündəm”lə gələcəyini düşündüyünü və ABŞ tərəfinin “İranın atom fəaliyyətini hərbi inkişafa yönəltməməsi” ilə bağlı etimadı artıran bir təkliflə çıxış edəcəyini gözlədiyini bildirdi, çünki bu təklif həm reallaşdırılmalı, həm də İslam Respublikasının müəyyən etdiyi “qırmızı xətləri” keçməməlidir.