İran hakimiyyəti 268 Əfqanıstan vətəndaşını həbsdən azad edib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, “Taliban” hərəkatının formalaşdırdığı Əfqanıstan hökumətinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Hafiz Ziya Əhməd deyib.
Onun sözlərinə görə, məhbusların verilməsi prosesi Əfqanıstanı Herat vilayətində baş tutub.
XİN nümayəndəsi əfqan vətəndaşların hansı qanun pozuntularına görə, İranda həbs olunmalarına aydınlıq gətirməyib.
“Hasht e Subh” adlı əfqan qəzeti isə İranın 560-dan çox məhbusu verdiyini açıqlayıb.