“Bu gün elə bir müstəviyə çatmışıq ki, dünyanın 22 ölkəsi PUA-larımızı almaq istəyir.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri baş komandanının müşaviri general-mayor Yəhya Rəhim Səfəvi deyib.
İranlı general bu gün Tehranda elm və texnologiya ilə bağlı keçirilən simpozumda çıxışı zamanı İslam İnqilabından sonra ölkədə həyata keçirilən dəyişikliklərədən, xüsusilə də Silahlı Qüvvələrin imkanlarında baş verən elmi-texnoloji inkişaflardan söz açıb.
Səfəvi İranda Silahlı Qüvvələrin təcavüzün qarşısını alan gücə malik olduğunu deyib və onlardan biri olaraq PUA sənayesinə toxunub.
Onun sözlərinə görə İran PUA-larının satın alınması üçün 22 ölkədən təklif gəlib.
Qeyd edək ki, son zamanlarda Rusiyanın Ukraynaya hücumunda İran PUA-larından kütləvi şəkildə istifadə edilməsi ilə bağlı iddialar artıb. İran Rusiyaya Ukrayna müharibəsində istifadə üçün silah satmadığını bildirsə də Qərb mənbələri bu PUA-ların İranın "Şahid-173" olduğu qənaətindədirlər.