İordaniyada Şüəfat düşərgəsində mühasirəyə alınan fələstinlilərə dəstək aksiyası

İordaniyada Şüəfat düşərgəsində mühasirəyə alınan fələstinlilərə dəstək aksiyası

Yüzlərlə iordaniyalı Fələstin müqavimətinə və Qüdsdəki Şüəfat düşərgəsində və bütün Fələstində mühasirəyə alınan fələstinlilərə dəstək aksiyası keçirib.

Az.rasthaber.com xəbər verir ki, işğal olunmuş Qüdsdə Şüəfat düşərgəsi yaxınlığında bir sionist qadın əsgərin ölümü ilə nəticələnən atışma əməliyyatından sonra sionist rejim ordusu bu ərazini tamamilə mühasirəyə alıb.

"Əl-Ərəbi Əl-Cədid" portalının məlumatına görə, yüzlərlə İordaniya vətəndaşı cümə namazından sonra "Müqavimətə Dəstək və Vətəni Qoruma Milli Forumu"nun dəvəti ilə paytaxt Əmmanın mərkəzində, Hüseyni məscidinin qarşısında etiraz aksiyası keçirib. 

İştirakçılar əllərində İordaniya və Fələstin bayraqlarını və üzərində "Qüds oddadır", "Əqsa şirlərinin cüməsi", "Əl-Əqsa tək qalmayacaq", "Sərhədləri Açın" və "Biz milyonlarla şəhid Qüdsə gedirik" kimi şüarlar yazılmış pankartları daşıyıblar.  

İştirakçılar, həmçinin şüarlar səsləndirərək, İordaniya hökumətini sionist rejimin Məscidül-Əqsaya təcavüzünü dayandırmaq üçün bütün təzyiq vasitələrindən istifadə etməyə çağırıblar.

Xəbəri paylaş

VİDEOLAR