İordaniya Kral Abdullah, Bayden, Sisi və Abbas arasında bu gün paytaxt Əmmanda keçirilməsi planlaşdırılan dördtərəfli sammiti ləğv etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Memlek televiziya kanalına danışan İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi ölkəsinin çərşənbə günü Əmmanda keçirilməsi planlaşdırılan dördtərəfli sammiti ləğv etmək qərarına gəldiyini bildirib.
Safedi aşağıdakı ifadələrdən istifadə etdi:
"Əgər sammit keçiriləcəksə, biz ondan ikinci deyil, yalnız bir nəticənin çıxmasını istəyirik: müharibəni bitirmək, fələstinlilərin insanlığına hörmət etmək və lazımi yardımı çatdırmaq".
Safadi bu qətliamın dayandırılmasını istədiklərini və qardaş Fələstin xalqını dəstəkləməyə davam edəcəklərini vurğulayıb.
Digər tərəfdən Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd verdiyi açıqlamada Əmmanda keçiriləcək dördtərəfli sammitin ləğvi qərarının Misir, Fələstin və İordaniya arasında koordinasiya əsasında alındığını bildirib.
Oktyabrın 18-də İordaniyanın paytaxtı Əmmanda keçirilməsi planlaşdırılan dördlü sammitdə İordaniya Kralı Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ABŞ Prezidenti Co Bayden və Fələstin Prezidenti Mahmud Abbas iştirak edəcək.
Sionist İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombalaması nəticəsində 500 nəfərin həlak olması bütün dünyada böyük reaksiyalara səbəb olub.