"İntensivləşən muzdlu döyüşçü alış-verişlərini ABŞ həyata keçirir"

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusunda əksəriyyəti ABŞ, Kanada və Avropa ölkələrindən olan 4845 əcnəbi muzdlu döyüşçünü zərərsizləşdirdiklərini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Konaşenkov açıqlamasında Ukraynada döyüşə atılan əcnəbi muzdlu döyüşçülər haqqında məlumat verərək deyib: “Səfərbərlik dalğası iflasa uğrayıb və Ukrayna ordusunda ciddi itkilər var. Rəsmi Kiyev bunu gizlətmək üçün Latın Amerikası, Asiya və Yaxın Şərq ölkələrindən əcnəbi muzdlular almaq səylərini sürətləndirib.

Münaqişələrin başladığı 24 fevral 2022-ci ildən bu yana 84 ölkədən 11 min 675 əcnəbi muzdlu döyüşçü Ukrayna Silahlı Qüvvələrinə qoşulub. Ən çox muzdlu döyüşçü 2022-ci ilin mart-aprel ayları arasında gəlib. Polşadan 2600, ABŞ və Kanadanın hər birindən 900, Gürcüstandan 800, İngiltərə və Rumıniyanın hər birindən 700, Xorvatiyadan 300, Fransa və Suriyanın hər birindən 200-dən çox olmaqla Ukrayna ordusuna muzdlu döyüşçü qoşulub. Amma ilkin itkilərdən sonra onların gəliş dinamikası kəskin şəkildə azalıb.

İyunun 30-na kimi qarşıdurmalar zamanı əksəriyyəti ABŞ, Kanada və Avropa ölkələrindən olan 4845 əcnəbi muzdlu döyüşçü öldürülüb, 4801-i isə Ukrayna ərazisindən qaçıb. Hazırda Ukrayna ordusunda 2029 əcnəbi muzdlu döyüşçü var.

Əldə etdiyimiz məlumata görə, Ukrayna ordusu yüksək personal itkisinə görə iyun ayında ABŞ-ın nəzarəti altında Argentina, Braziliya, İraq və Suriyadan xarici muzdlular almağa başlayıb. ABŞ və Kanadada intensivlən bütün bu muzdlu əsgər alış-verişi işlərini ABŞ-ın kəşfiyyat təşkilatı CİA-nın nəzarəti altında olan özəl hərbi şirkətlər həyata keçirir”.

Xəbəri paylaş

VİDEOLAR