16.03.2022 11:59:47
İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Seyid Məhəmməd Əli Ələvi Qorqaninin vəfatı ilə bağlı başsağlığı verib.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda bildirilir:
"Allahın adı ilə.
Ayətullah Seyid Muhəmməd Əli Ələvi Qorqaninin vəfatı münasibətilə Qum Elmi Hövzəsinə və onun bütün şagirdlərinə, davamçılarına və təqlidçilərinə, xüsusilə bu nəcib insana və onun mərhum atası və onların şərəfli övladlarına başsağlığı verirəm.
Bu böyük Ayətullah inqilabın müxtəlif məsələlərində və məmləkət işlərində həmişə xalqa və müqəddəs nizamın dəstəyinə sadiq olmuş, ilahi lütf və rəhmət gətirən dəyərli xidmətlər göstərmişdir. Uca Allahdan onun dərəcəsini yüksəltməsini və pak Cəddinə qovuşmasını diləyirəm."
İmam Seyid Əli Xamenei
15 Mart 2022