İnqilab Keşikçiləri Korpusu Yəhya Sinvara təbrik mesajı ünvanlayıb

İnqilab Keşikçiləri Korpusu Yəhya Sinvara təbrik mesajı ünvanlayıb

İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami Fələstin İslami Müqavimət Hərəkatı-HƏMAS-ın yeni siyasi büro rəhbərinə təbrik məktubu göndərib.

Az.rasthaber.com xəbər verir ki, Tesnimin xəbərinə görə, general-mayor Hüseyn Selami mesajında bu təyinatın xüsusilə İsmayıl Haniyənin şəhadətindən sonra mühüm mesaj daşıdığını və bunun sionist rejimin dərin narahatlığına səbəb olduğunu vurğulayıb.

Bu mesajda həmçinin vurğulanmışdır ki, Yəhya Sinvarın xalqdan gələn bir cihadçı, hərbi komandir təyin edilməsi sionist qatilləri və işğalı son dərəcə narahat edib və mübarizə bayrağının sönməyəcəyinə zəmanətdir. 

Həmçinin vurğulanıb ki, Fələstin xalqının dəstəyi və İslam ümmətinin göstərdiyi yardım sayəsində Fələstinin tam azadlığına nail olunana qədər şəhid və mücahidlərin yolu bu rəhbərliklə davam edəcək.

Bu mesajda İran adından hər cür yardımın ediləcəyi və Fələstinli mücahidlərə maddi və mənəvi dəstəyin davam edəcəyi və bunun bir öhdəlik olduğu vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR