İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusu Fars körfəzində Yunanıstana məxsus 2 neft tankerini ələ keçirdiklərini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının İnqilab Keşikçiləri, bu gün (cümə) Fars körfəzində qanunları pozduğu üçün Yunanıstana məxsus 2 neft tankerini ələ keçirdiklərini açıqlayıb.
İnqilab Keşikçiləri Ordusunun yaydığı bəyanatda bildirilib:
"İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin qolu, qaydaları pozduğu üçün Fars körfəzi sularında 2 Yunan neft tankerini saxlayıb".