"Sizin qətiyyətli və güclü addımlarınız göstərir ki, fədakar və mömin insanlar pak olduğu müddətdə, yer üzündə heç bir güc bu torpaqları işğal edə bilməz. Bu gün İnqilab Keşikçiləri Korpusunun quru qoşunları ölkənin Allahın və İslamın düşmənlərinə qarşı təhlükəsizliyinin qalasıdır"
Az.rasthaber.com xəbər verir ki, bunu İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı "Əmirəl-Möminin Elm və Texnologiya Universiteti"nin məzunları ilə keçirilən konfransda deyib.
İnqilab Keşikçiləri Korpusunun Ali Baş Komandanı, general-mayor Hüseyn Səlami deyib:
"Düşmənlər çox yaxşı bilirlər ki, bu sərhədin, bu ölkənin mənafeyinə zidd olan istənilən hərəkət və qəsd cavabsız qalmayacaq".
General Səlami çıxışının başqa bir hissəsində, hazırlıq səviyyəsinin yüksəlməsi və dünyadakı ən qabaqcıl texnikanın tətbiqi ilə, müharibə ehtimalının azaldığını bildirib.