İngiltərədə 6 milyon insan xəstəxanalarda müalicə üçün növbə gözləyir.
Az.rasthaber.com "AZƏRTAC"-a istinadən xəbər verir ki, Milli Səhiyyə Xidməti xəstəxanalarda müalicə üçün növbə gözləyənlərin sayının ilk dəfə 6 milyona çatdığını açıqlayıb.
Mütəxəssislər Omikron variantının yayılmasından sonra bu rəqəmin daha da yüksələcəyini bildiriblər.
Professor Stiven Povis Omikronun təkcə xəstəxanalara qəbul edilən xəstələrin sayına (gündə orta hesabla 2000-ə yaxın) deyil, həm də kadr çatışmazlığına böyük təzyiq etdiyini söyləyib.
Həmçinin xəstəxanalarda müalicə üçün gözləyənlərdə də rekord gecikmələr olub.
Qeyd edək ki, Britaniyada 1948-ci ildə yaradılan Milli Səhiyyə Sistemi (NHS) ilə ölkədə həkim ziyarətləri və müalicələr pulsuz həyata keçirilir.