Yəməndəki İngiltərə səfiri Maykl Aaaron al-Hads televiziyasına verdiyi müsahibədə Britanıyanın mövqeyini bir daha sərgiləyib
Rasthaber Azərbaycan xəbər verir ki, İngiltərənin Yəməndəki səfiri Səudiyyə Koalisiyası və Londonun “Ənsarullah” hərəkatının Yəməndə bir Hizbullaha çevrilməsini qəbul etmədiyini və Səudiyyə ilə bu mövzuda tam olaraq eyni siyasət yeritdiyini etiraf edib.
Yəməndəki İngiltərə səfiri Maykl Aaaron al-Hads televiziyasına verdiyi müsahibədə “Yəmən mövzulu təşkil olunacaq bir iclasda Təhlükəsizlik Şurası üzvləri üçün 3 mövzu önəmlidir; Nohomdakı qarşıdurmaların dayandırılması, Səudiyyə və Husilər arasındakı atəşkəsin yenidən bərpa edilməsi və Riyad sazişinin həyata keçirilməsi.”, -deyə bildirib.
İngiltərə səfiri Yəməndəki davamlı müzakirələrə təcili ehtiyac olduğunu vurğulayaraq Səudiyyənin Hizbullah və Yəmənə qarşı ittihamlarını təkrarlayıb: “Koalisiya və İngiltərə, Husilərin Yəməndə başqa bir Hizbullaha çevrilməsini qəbul etməməkdədir; mövqeyimiz açıqdır. Yəməndə görüşəl şey bir çevrilişdir. 2216 qərarını yazdıq, tərəfsiz deyilik. Yəmənin konstutisyon hökümətini (Yəmənin devrilmiş höküməti) rəsmi olaraq tanıyırıq.”
Bu arada BMT-nin Yəmən üzrə xüsusi təmsilçisi Martin Griffiths Yəməndəki tərəfləri gərginliyi azaltmağa və qarşıdurmaları sülh yolu ilə əvəz etməyə çağırıb.
Keçən həftə Yəmənin devrilmiş hökümət gücləri Sanaya hücum etsə də, Yəmən xalq gücləri onları geri otuzdurmağa müvəffəq olub. Həmçinin Yəmən Ordusu bir neçə gün öncə Səudiyyənin hücumlarına cavab olaraq “Aramco” neft bazalarını, hərbi bazası və hava limanını hədəfə almaqla səud koalisiyasını böyük itkilərlə qarşı-qarşıya qoydu.