İranın Londondakı səfiri İsrailin bir şirkətinə məxsus gəminin iyulun 29-da Tanzaniyadan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedərkən hücuma məruz qalması və İngiltərə ilə Rumıniya heyətindən bir işçinin həyatını itirməsi səbəbilə Xarici İşlər Nazirliyinə çağırılıb.
Az.rasthaber.com xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyinin mövzuyla bağlı bəyanatında İran səfiri Möhsün Bahərvəndin İngiltərənin Orta Şərq və Şimali Afrika üzrə dövlət naziri Cemys Kleverly tərəfindən "Mercer Street" adlı gəmiyə edilən haqsız hücuma cavab olaraq Nazirliyə çağırıldığı bildirilib.
Bəyanatda nazir Kleverlynin İranın beynəlxalq sülhü və təhlükəsizliyi riskə atan hərəkətlərini dərhal dayandırmalı olduğunu bir daha vurğulayıb və gəmilərin beynəlxalq hüquqa uyğun olaraq sərbəst hərəkət etməsinə icazə verilməsinin vacibliyini vurğulayıb.
İngiltərə dünən (2 avqust 2021) gəminin hücuma məruz qalmasında İranı günahlandırmış və hücumu qınamışdı.
İrandan cavab həmləsi
Britanıyanın Tehrandakı səfiri olmadığına görə, bu ölkənin müvəqqəti işlər vəkili ölkəsinin xarici işlər nazirinin İrana qarşı ittihamlarına etiraz olaraq, Qərbi Avropa üzrə üçüncü idarəsinin sədri tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyində Qərbi Avropa üzrə üçüncü idarənin sədri İngiltərənin xarici işlər nazirinin əsassız ittihamlarından təəssüfləndiyini bildirərək, bu tələsik, ziddiyyətli və əsassız ittihamları rədd edib və onları kəskin şəkildə qınayıb.
O, əlavə edib: "Fars körfəzindəki qeyri-sabitliyin mənşəyi İran deyil, regiondan kənar ölkələrin hərbi gəmiləri və hərbi qüvvələrinin olmasıdır."
Qərbi Avropa üzrə üçüncü idarənin sədri sonda, sionist rejim və ya digərlərinin istənilən avantürası ilə bağlı xəbərdarlıq edərək, İran İslam Respublikasının qəti siyasətinin özünü müdafiə etmək və ölkəsinə qarşı yönəlmiş istənilən fəaliyyətə qəti, uyğun və vaxtında reaksiya vermək olduğunu bildirib.