İndoneziyada koronavirusa qarşı əhalinin kütləvi vaksinasiyasına start verilib. Ölkədə ilk peyvənd isə prezident Coko Vidodoya vurulub.
Rasthaber Azərbaycan xəbər verir ki, prosedur milli televiziya kanalları vasitəsi ilə canlı yayımlanıb.
Prezident Administrasiyasının başçısı Heru Budi Hartono bildirib ki, yaxın günlərdə hökumət üzvlərinə də peyvənd vurulacaq.
İndoneziyada ilk rəsmi qeydə alınan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi peyvənd olub. Sınaqların ilkin nəticələri bu peyvəndin effektliyinin 65,3% olduğunu nümayiş etdirib.
Yaxın 2 ay ərzində bu peyvənd İndoneziyada1,5 milyon tibb işçisinə vurulmalıdır. Ümumilikdə isə əhalisi 270 milyon nəfər olan İndoneziyada 180 milyon nəfərin peyvəndlənməsi gözlənilir.
Xatırladaq ki, İndoneziyanın Üləmalar Şurası Çin istehsalı olan peyvəndi halal elan edib.