29.08.2023 15:29:51
İslamabad məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanın cəzasını ləğv edib və onun girov müqabilində həbsdən buraxılmasına qərar verib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Al Jazeera“ kanalı məlumat yayıb.
Qeyd edək ki, bu ilin iyun ayında İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.