Pakistanın baş naziri İmran Xan Vaşinqtonun müdaxiləsi ilə bağlı ABŞ-ın İslamabaddakı səfirliyinə rəsmi etiraz məktubu göndərib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, baş nazir cümə günü ABŞ səfirliyinə rəsmi məktub göndərərək, ABŞ-ın ölkənin daxili işlərinə qarışdığını bildirib.
Bildirilib ki, baş nazir Vaşinqton tərəfindən devrilməsilə bağlı cəhdlərə görə ABŞ-a rəsmi etiraz edib.
Qeyd edək ki, Pakistan parlamenti gələn bazar günü İmran Xanın hökumətilə bağlı səs verəcək.
Cümə axşamı İslamabadda tərəfdarları qarşısında çıxış edən Pakistanın baş naziri Moskvaya səfərindən sonra xarici dövlət tərəfindən ona qarşı məkrli planın hazırlandığını deyib.
Bu arada Ağ Ev ABŞ-ın Xanı devirmək istədiyini təkzib edib.
Pakistanın baş naziri İmran Xanın rəhbərlik etdiyi hakim partiya üzvlərinin cümə günü Pişəvərdə ABŞ əleyhinə nümayiş keçirdikləri bildirilir.