Pakistanın baş naziri ilə İranın yeni seçilmiş prezidenti arasında telefon danışığı olub
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, telefon danışığı zamanı İmran Xan İbrahim Rəisini prezident seçilməsi münasibəti ilə təbrik edib və iki ölkə arasındakı birgə məsələlərə toxunaraq deyib: "Əfqanıstandakı vəziyyət və bu ölkənin uzun bir müharibəyə girməsi ehtimalı bizi narahat edir".
İmran Xan Əfqanıstan üçün ən yaxşı həll yolunun siyasi həll yolu olduğunu bildirib.
Seyid İbrahim Rəisi də söhbət zamanı, telefon zəngi və təbrik mesajı üçün İmran Xana təşəkkür edərək deyib: "Yeni hökumət qonşuların bütün iqtisadi imkanlarını ikitərəfli əməkdaşlıq üçün dəyərli bir fürsət kimi görür və onların heç birini gözdən qaçırımır".
"Təcrübə göstərib ki, xaricilər təhlükəsizlik yaratmaq bəhanəsi ilə qeyri-sabitlik və etibarsızlıq toxumları səpirlər ", - deyə Rəisi əlavə edib.