İmran Xan iyunun 19-dək zaminə buraxılıb

İmran Xan iyunun 19-dək zaminə buraxılıb

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri Xan mühakimə olunduğu işlərin dinləmələrində iştirak etmək üçün dünən Lahordan paytaxt İslamabada gəlib.

Az.rasthaber.com xəbər verir ki, məhkəmə, Xanın mühakimə olunduğu 7 iş üzrə 19 iyuna qədər zaminə buraxılmasına qərar verib.

2022-ci ilin aprelində hakimiyyətdən düşmüş Xana qarşı 90-dan çox iddia var.

Pakistan parlamentində 2022-ci il aprelin 10-da keçirilən etimad səsverməsində 174 “xeyr” səsi alan İmran Xan hökuməti düşüb.

2022-ci il aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.

Xəbəri paylaş

VİDEOLAR