İmran Xan girov müqabilində azadlığa buraxılıb

İmran Xan girov müqabilində azadlığa buraxılıb

Pakistanın Terrorla Mübarizə Məhkəməsi keçmiş baş nazir İmran Xanın mühakimə olunduğu 8 iş üzrə iyunun 8-dək girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Az.rasthaber.com xəbər verir ki, milli medianın məlumatına görə, Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri İmran Xan mühakimə olunduğu işlərin dinləmələrində iştirak etmək üçün Lahordan paytaxt İslamabada gəlib.

Terrorla Mübarizə Məhkəməsi Xanın mühakimə olunduğu 8 iş üzrə iyunun 8-dək girov müqabilində azadlığa buraxılmasına qərar verib.

2022-ci ilin aprelində işdən çıxarılan Xana qarşı 90-dan çox məhkəmə iddiası var.

Xəbəri paylaş

VİDEOLAR