Pakistanın keçmiş Baş naziri İmran Xan korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib.
Az.rasthaber.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Pakistan KİV məlumat yayıb.
Qeyd edilib ki, İmranın Xanın həyat yoldaşı Buşra Bibi isə 7 il müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
İmran Xan ötən ilin yanvar ayında dövlət sirrinin yayılması işi üzrə mühakimə olunub