Bu gün mübarək və müqəddəs məzarı yolunun aşiqləri və ardıcıllarının ziyarətgahına çevrilib.
İmam (ə) hicri 95-ci ilin Məhərrəm ayının 25-də (bir rəvayətə görə), 57 yaşında ikən, bir çox təzyiqlərə məruz qaldıqdan sonra Hişam ibni Əbdülməlik tərəfindən zəhərləndirilərək şəhid olub. O, Bəqi qəbristanlığında İmam Həsənin (ə) yanında dəfn olunub.
Bu gün mübarək və müqəddəs məzarı yolunun aşiqləri və ardıcıllarının ziyarətgahına çevrilib.
Təvəllüdü...
İran ikinci xəlifə Ömərin dövründə müsəlmanlar tərəfindən fəth olunduqdan sonra İran şahı Yəzdəgirdin qızları Mədinəyə gətirildilər. Hamı Mədinə məscidinə yığışaraq Ömərin nə əmr edəcəyini gözləyirdi. Ömər onları satmaq istədikdəƏli (ə) bu işə mane olub belə buyurdu: "Qızları sərbəst burax, qoy öz istədikləri adama ərə getsinlər". Bu vaxt qızlardan biri Hüseyn ibni Əlini, o birisi isə İmam Həsən Müctəbanı (ə) özünə ər seçdi. Əli (ə) Həzrət Hüseynə (ə) buyurdu: "Bu qızı lazımınca qoru, çünki onun bətnində Allahın yer üzündə ən yaxşı bəndəsi və bütün imamların atası olan bir imam dünyaya gələcəkdir". Çox keçmədi ki,Əli ibni Hüseynin (ə) vücudunun günəşi, hicri 38-c ilin Şəban ayının beşində cümə axşamı günü Mədinədə işıqlandı. Uşağın adınıƏli qoydular, sonralar isə Zeynül-abidin və Səccad ləqəblərinin sahibinə çevrildi.
Xüsusiyyətləri...
O Həzrətin (ə) əxlaqi xüsusiyyətlərindən biri də təqva və pəhrizkarlığı idi. Bu barədə İmam Sadiq (ə) belə buyurmuşdur: "Əli ibni Hüseyn (ə) Bəni Haşim övladları arasında öz gözəl rəftarına əsasən Əliyə (ə) çox bənzəyirdi". O Həzrətin (ə) oğlu İmam Məhəmməd Baqir (ə) isə bu barədə belə buyurmuşdur: "Bir gün atamın yanına gəldikdə onun Allaha ibadətlə məşğul olduğunun şahidi oldum. Belə ki, o Həzrətin gözləri ağlamaqdan qızarmış, ayaqları isə səcdəyə getməkdən şişib, topuğu qabar olmuşdu. Bu vaxt mən ona dedim:Əziz ata, niyə ibadətdə ikən özündən gedir və özünü bu qədər incidirsən? Atam ağlayıb buyurdu: Övladım! Allaha nə qədər ibadət etsəm belə yenə, baban Əli ibni Əbu Talibin (ə) ibadətlərinin yanında heçdir." Tavus Yəmani deyir: "İmamın (ə) Kəbədə səcdə halında ikən belə söyləməsinin şahidi oldum: Pərvərdigara! Sənin bəndən, Sənə möhtac olan Sənin evində Sənin rəhmətini, əfvini və ehsanını gözləyir.”
İmam Zeynül-abidin (ə) də babası Həzrət Əli (ə) kimi tarla və xurmalıqlarda çalışırdı. Hər xurma ağacının altında iki rükət namaz qılıb özündən gedərdi ki, Allahdan başqa heç bir şey yadına düşməzdi. İyirmi dəfə Məkkəyə piyada getmiş, həmişə də xalqı Quranın cəzbedici ayələri ilə hidayət edib, onlara doğru yolu göstərərdi. Dünyadakı bütün gözəl insani sifətlər o Həzrətin (ə) vücudunda cəm olmuşdu. O, müqavimət, fədakarlıq və rəhmətin ən mükəmməl nümunəsi idi. Yüzlərlə yoxsul və ac ailəni dolandırır, gündə evində bir neçə qoyun kəsdirərək kasıblar arasında paylayır, paltarsızlara paltar verir, borcluların borclarını ödəyirdi, özü isə sadə geyinib sadə dolanırdı. Günlərin bir günündə bir kişiƏli ibni Hüseynin (ə) hüzuruna gəlib söyməyə başladı. İmam böyük həvəslə və mehribanlıqla həmin kişiyə belə buyurdu: "Aya qardaş, əgər doğru deyirsənsə və bu saydığın sifətlər məndə varsa, Allah məni bağışlayıb günahımdan keçsin. Yox, əgər yalan söyləyirsənsə, Allah səni bağışlayıb günahından keçsin." O kişi İmamın (ə) bu ehtiramından utanıb Həzrətdən (ə) üzr istədi. İmamın (ə) dostlarından olanƏbu Həmzə Somali Həzrətin (ə) xidmətçisindən xülasə olaraq, İmamın (ə) əxlaqından ona danışmasını xahiş etdikdə, xidmətçi öz sözünü belə başladı: "İllərdir ki, onun qulluğundayam. Düzlük, doğruluq, təqva və paklıqdan başqa o Həzrətdə (ə) heç bir şey görməmişəm. Mövlam bütün çətinliklərə baxmayaraq, xalqın məsələləri ilə maraqlanaraq onların qarşılaşdıqları çətinlikləri yorulmadan həll edir."
Zeyd ibni Üsəma ölüm yatağında ikən, İmam Səccad (ə) onun görüşünə gəldikdə, Zeydi ağlayan görüb ondan nəyə görə ağladığını soruşdu. Zeyd belə cavab verdi: "On beş min dinar borcum, onları ödəməliyəm, lakin mal-dövlətimə baxdıqda isə görürəm ki, heç borcum qədər deyil." İmam (ə) buyurdu: "Ağlama, mən sənin bütün borclarını ödəyərəm, buna əmin olar bilərsən"
Axşamlar hava qaraldıqda və hamı yatandan sonra Həzrət Səccad (ə) ayağa qalxıb, müxtəlif azuqələri bir kisəyə tökərək tanınmasın deyə üzünü örtüb və kisəni də belinə ataraq yoxsulların evinə aparardı.
Həzrət (ə) Mədinədə yaşayan təxminən yüz başsız ailəni idarə edirdi ki, onların da çoxu yoxsul və kasıblardan ibarət idi. Qəribədir ki, həmin ailələrdən biri də bilmirdi ki, onların məişətini idarə edən imam Zeynül-abidindir (ə). Onlar yalnız İmam (ə) şəhid olduqdan sonra, köməklərinin kəsildiyini görüb başa düşdülər ki, onlara yardım edən şəxs Həzrət Səccad (ə) imiş.
Yezidin məclisində...
Peyğəmbər (s) xanədanı artıq yorğun, ruhdan düşmüş və narahat idi. Onları iplə bir-birinə bağlayıb Yezidin sarayına apardılar. Onlar Yezidlə də İbni Ziyadla davrandıqları kimi rəftar etdilər. Bu vaxt İmam Səccad (ə) buyurdu: "Ey Yezid! Sən özünü müsəlman hesab edirsən, amma əgər Peyğəmbər (s) bizi bu vəziyyətdə, belə bağlanmış halda görsə, səninlə necə rəftar edər və sənə nə deyər?" İmamın (ə) bu qəti cümləsi orada olanların hamısını ağlatdı. Yezid isə qorxusundan tez iplərin kəsilməsini əmr etdi. Daha sonra Yezid ağır sözlər deməyə başladı. Lakin Hüseynin (ə) övladları, o cümlədən İmam Səccad (ə) qarşısında dayanıb ifşaedici sözlərilə onu rüsvay etdilər. İş o yerə çatdı ki, Yezidin hərəmxanasının içindən belə etiraz və ağlamaq səsləri ucaldı. Bu etiraz və ağlamaqların hər biri Yezidin başına dəyən bir çəkicə bənzəyirdi ki, onu işrət yuxusundan oyadırdı. O, başa düşdü ki, əgər Peyğəmbərin (s) varislərini bir az da öz sarayında saxlasa, qiyam başlanar və o zaman da Yezid həlak olar. O, özünü xalqın etiraz və qəzəb dənizində qərq olunmuş bir vəziyyətdə görür, o yan - bu yana baxaraq özünə bəraət qazandırmaq üçün çıxış yolu axtarırdı. Birdən qışqırıb dedi: "Allah bu İbni Ziyada lənət eləsin! Mən Hüseyni (ə) öldürmək və ailəsini əsir aparmağa razı deyildim." Lakin artıq iş işdən keçmişdi və hamı bilirdi ki, əsl cinayətkar onun özüdür. Buna görə də, rüsvayçılıq artmasın deyə, dərhal əmr etdi ki, əsirləri qabaqcadan onlar üçün hazırlanmış xüsusi yerə aparsınlar. Peyğəmbərin (s) övladlarını həmin yerə apardılar. Lakin onlar orada da sakit durmayıb xalqa Yezidin cinayətləri barədə məlumat verirdilər. Hətta İmam Hüseynin (ə) üç yaşında olan qızı Rüqəyyə də bu mübarizədə iştirak edirdi.