İmam Xomeyni öz işləri bir çox təhlilləri, ideologiyaları və materialistik baxışları puç etdi

İmam Xomeyni öz işləri bir çox təhlilləri, ideologiyaları və materialistik baxışları puç etdi

İran İslam İnqilabı digər inqilablardan tam şəkildə fərqlənir.

Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminin başçısı Höccətül-İslam Qulam Hüseyn Möhsüni Əcəi bəyan edib.

O deyib ki, İmam Xomeyninin bu inqilabdakı hədəfləri, motivasiyası və metodları xalqa tam etimada əsaslanırdı.

Əcəi bildirib ki, İslam İnqilabı İslamın yaydığı bir nurdur və o, İmam Xomeyninin yorulmaq bilməyən mübarizəsi və səmimiyyətinə əsaslanıb, çünki onun səyləri İslam dünyasında yeni mərhələnin başlanğıcı oldu.

O qeyd edib ki, İmam Xomeyni Allaha təvəkkül, xalqa etimad və öz səmimiyyəti ilə unikal bir inqilab və misilsiz bir dəyişikliyə imza atdı.

İslam və xalqın İrandakı İslam İnqilabının iki əsas xüsusiyyəti olduğunu vurğulayan Əcəi əlavə edib ki, İmam Xomeyni xalqa güvənirdi və bir çox məsələlərlə bağlı xalqla məsləhətləşirdi.

Onun sözlərinə görə, inqilabın banisi İmam Xomeyni bu cür mümkünsüzü mümkün etməyi bacardı və öz işləri bir çox təhlilləri, ideologiyaları və materialistik baxışları puç etdi.

Xəbəri paylaş

VİDEOLAR