İmam Rzanın (ə) öz əli ilə yazdığı Quran Təbrizdə sərgilənir

İmam Rzanın (ə) öz əli ilə yazdığı Quran Təbrizdə sərgilənir

Təbriz şəhərində çoxlu sayda tarixi abidələr var ki, muzeylər onların arasında xüsusi əhəmiyyət kəsb edir. Sonradan muzeyə çevrilmiş qədimi Sahibul-Əmr məscidinin içində saxlanılan qədimi Quran nüsxələri, xüsusilə də İmam Rzanın (ə) yazdığı əlyazma göz oxşayır.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Təbrizdə qədimi Quran nüsxələrinin saxlanıldığı muzeylərdən biri də Sahibul-Əmr məscididir. Bu məscid I Şah Təhmasibin tikdirdiyi məsciddir ki, sonradan Osmanlı-Səvəfi müharibəsi dönəmində (hicri təqvimi ilə 1045-də) ciddi dağıntılara məruz qalmışdı.

Məscid sonra təmir və bərpa edilib və artıq illərdir ki, qədimi Quran nüsxələrini özündə ehtiva edir.

Bu qiymətli əsərlərdən biri də İmam Rzanın (ə) öz mübarək əli ilə yazdığı Qurani-Kərimin bir neçə ayəsini ehtiva edən əlyazmadır. Ceyran dərisi üzərində Kufi xətti ilə yazılan bir səhifədə Nur surəsinin 62-ci ayəsinin yarısı, 63 və 64-cü ayələrin isə hamısı yer alıb.

Mütəxəssislər bu nüsxənin İmam Rzaya aid olmasında heç bir şübhənin olmadığını bildirirlər. İmamın yazdığı bu Quranın bəzi səhifələri isə Məşhəddə "Astane Qüdsi-Rəzəvi" muzeyində saxlanılır.

Xəbəri paylaş

VİDEOLAR