İmam Museyi Kazimin zəvvarlarına qarşı terror törədilib - VİDEO

İmam Museyi Kazimin zəvvarlarına qarşı terror törədilib - VİDEO

İraqın paytaxtı Bağdad şəhərində yerləşən əl-Əimmə körpüsündə partlayış törədilib.

Rasthaber Azərbaycan xəbər verir ki, İraqın paytaxtı Bağdad şəhərində Kazimeyn bölgəsinə yaxın əl-Əimmə körpüsündə partlayış törədilib.

Kazimeyn zəyarətgahına gedən zəvvarlara qarşı törədilən terror aktında 1 qadın şəhid olub, 31 nəfər yaralanıb.

Məlumata görə, terror zəvvarların yolunda bir zibil qutusuna qoyulmuş əl qumbarasının partlaması nəticəsində həyata keçirilib.

Terror aktını hələ ki, heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Xəbəri paylaş

VİDEOLAR