İmam Hüseynin (ə) ziyarətgahı milyonlarla Ərbəin zəvvarını qəbul etməyə hazırlaşır

İmam Hüseynin (ə) ziyarətgahı milyonlarla Ərbəin zəvvarını qəbul etməyə hazırlaşır

İmam Hüseynin (ə) Müqəddəs hərəmi on milyonlarla Ərbəin zəvvarını qaşılamaq üçün Beynul-Hərəmeynin və onun ətraf küçələrinin hazırlandığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, son günlər İmam Hüseyn (ə) Astanının təmir və mühafizə şöbəsinin texniki və mühəndis qrupları İmam Hüseynin (ə) hərəminin yaxınlığında bir neçə dəmir körpü quraşdırıblar.

Hərəmin təmir və mühafizə şöbəsinin müdiri Yusif Əsəd Əl-Səidinin sözlərinə görə, ötən illərdə də Ərbəin günlərində bu ərazilərdə quraşdırılan həmin körpülər hərəmin ətrafında cəmiyyətin hərəkətinin yaxşılaşdırılmasına böyük köməklik göstərib. 

O əlavə edib: "İmam Hüseyn (ə) hərəminin təmir və mühafizə bölməsi Ərbəin ziyarəti zamanı İmam Hüseynin (ə) və onun qardaşı Əbül-Fəzlil Abbasın zəvvarlarına ən yaxşı xidmətlərin göstərilməsi üçün tam plan hazırlayıb".

Xəbəri paylaş

VİDEOLAR