Tehranın İmam Cüməsi Ayətullah Muhəmməd İmami Kaşani olub.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu gün Tehranın İmam Cüməsi Ayətullah Muhəmməd İmami Kaşani olub.
O cümə namazı xütbələrində bildirib ki, İran İslam İnqilabı 1979-cu ilin 11 fevralında zalımların nəhs və təxribatçı məqsədlərinin reallaşmasına mane oldu.
"İranda İslam İnqilabının qələbə çalması ilə bir zamanda region və islami ölkələrin xalqları da bölgədə sionistlərin və amerikalıların fitnələri qarşısında müqavimət göstərdilər.", -deyə İmam Cümə əlavə edib.
Tehranın cümə namazı xətibi həmçinin vurğulayıb ki, “əsrin sövdələşməsi” planı əslində Amerika və sionist rejim üçün əsrin zilləti və rüsvayçılığıdır.
"Region xalqları və Fələstin xalqı bu amerikan-sionist plan ilə mübarizə aparacaqlar.", - Ayətullah Muhəmməd İmami Kaşani deyib.
İmam Cümə Səudiyyənin ABŞ-ın Fələstinin işğalını leqallaşdıran “Əsrin sazişi” planlarına dəstəyini tənqid edərək bildirib: “Səudiyyə Ərəbistanı kimi Amerikanın əlaltısı olan bəzi İslam ölkələri xaric, digərləri Sionizm və ABŞ-a qarşı durdular.”