Ermənistan Moskva görüşünün nəticələrinə əsasən əldə edilmiş humanitar atəşkəsdən istifadə edərək yeni qüvvələr səfərbər etməyə ümid edirdi
Bunu prezident İlham Əliyev “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.
“Ermənistan hesab edirdi ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, zaman qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər. Ancaq onlar yanıldılar. Mən demişdim ki, Ermənistan müsbət yanaşma göstərməsə, peşman olacaq və mən haqlı idim”, - deyə dövlət başçısı “Haber Türk” televiziya kanalına müsahibəsində bildirib.