İki illik fasilədən sonra Məscidül-həramda iftar süfrələri açılıb

İki illik fasilədən sonra Məscidül-həramda iftar süfrələri açılıb

İki illik fasilədən sonra Məscidül-həramın əvvəlcədən müəyyən olunmuş yerlərində gigiyenik protokollara uyğun olaraq məğrib azanından sonra iftar süfrəsi açılıb.

Az.rasthaber.com "Oxuinfo"ya istinadən xəbər verir ki, Ramazan ayının ilk gecəsində 2000-dən çox oruc tutan Məscidül-həramda iftar açıb.

Səudiyyə Ərəbistanının səhiyyə orqanlarının göstərişlərinə əsasən, bu süfrələr sosial məsafəni nəzərə alaraq açılmalıdır. İftarda birdəfə istifadə üçün olan qablardan istifadə edilməlidir. Həmçinin birdəfə istifadə üçün olan əlcəklərlə iftar verilməlidir. Onlar habelə isti içəcəkləri paylamaq üçün plastik fincanlardan istifadə etməkdən çəkinməlidirlər. Zəmzəm suyu da oruc tutanlar arasında gigiyenik qablarda paylanır.

Xəbəri paylaş

VİDEOLAR