İbrahim Rəisidən İrandakı son etirazlarla bağlı açıqlama

İbrahim Rəisidən İrandakı son etirazlarla bağlı açıqlama

İran prezidenti İbrahim Rəisi, 22 yaşlı qadının saxlanıldıqdan sonra ölməsindən sonra başlayan etirazlarla bağlı deyib ki, Düşmənlər xaos yaratmaq istəyirlər.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi Nyu-Yorkdan qayıtdıqdan sonra, Tehranın Mehrabad hava limanında ictimaiyyət qarşısında çıxış edərək, bütün ölkəyə yayılan etirazları dəyərləndirib.

İctimai təhlükəsizliyin vacibliyini vurğulayan Rəisi bildirib:

"Düşmənlər xaos yaratmaq istəyirlər. Xalqın tələblərini, etirazlarını eşidirik, amma heç kimin xaos yaratmasına imkan verilməyəcək".

Hər zaman xalqın səsinə qulaq asdıqlarını söyləyən Rəisi, “Heç bir şərtlə xalqın təhlükəsizliyinin təhlükə altına düşməsinə icazə verməyəcəyik”, - deyə bildirib.

Təxminən bir həftədir davam edən etirazlara cavab olaraq, bu gün dövlət dəstəyi ilə keçirilən nümayişlərə işarə edən Rəisi bu nümayişlərin İranın qüdrətini və şərəfini təmsil etdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR