İran prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.
Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman telefonda Fələstindəki vəziyyəti müzakirə ediblər.
Prezident Aparatının siyasi məsələlər üzrə müavini Muhammed Cəmşidi görüşün məzmunu ilə bağlı açıqlama verib.
Buna görə, 7 ildən sonra Tehranla Ər-Riyad arasında münasibətlərin bərpasından sonra Rəisi ilə Salman arasında ilk dəfə 45 dəqiqə davam edən telefon danışığında “Fələstindəki vəziyyət müzakirə edilib və İsrailin fələstinlilərə qarşı törətdiyi hərbi cinayətlərin dayandırılmasının zəruriliyi” vurğulanıb.
Rəisi bin Salmanla telefon danışığında İslam dünyasının birliyinin vacibliyi vurğulanıb və Qəzzada mülki yaşayış məntəqələrinə ağır hücumlarını davam etdirən sionist rejimə ABŞ-ın verdiyi dəstək tənqid edilib.