İbrahim Rəisi Nyu-York səfəri öncəsi Ayətullah Xamenei ilə görüşüb

İbrahim Rəisi Nyu-York səfəri öncəsi Ayətullah Xamenei ilə görüşüb

İran prezidenti Seyid İbrahim Rəisi Nyu Yorka səfəri öncəsi İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Özbəkistanla təmaslarını başa vuraraq İrana qayıdan İran prezidenti Seyid İbrahim Rəisi İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.

Görüşdə İbrahim Rəisi Ayətullah Xameneiyə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində təmasları və əldə olunan razılaşmalar barədə məlumat verib.

Rəisi Ayətullah Xameneiyə Nyu-York proqramı haqqında da məlumat verib.

Ayətullah Xamenei təqdim olunan məlumatlarla göstərilən səylərdən məmnunluğunu bildirib və BMT-nin 77-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək respublika prezidentinə uğurlar arzulayıb.

Xatırladaq ki, sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 22-ci iclası keçirilib.

Səmərqənd Sammitinin açılışında çıxış edən Özbəkistan lideri Şövkət Mirziyoyev İranın rəsmi olaraq Şanxay Əməkdaşlıq Təşkilatına üzv olduğunu bəyan edib.

Səmərqənd şəhərində prezident İbrahim Rəisi və Özbəkistan prezidenti Şevkət Mirziyoyevin iştirakı ilə iki ölkə arasında 17 müqavilə imzalanıb.

Xəbəri paylaş

VİDEOLAR