İbrahim Rəisi Çinə səfər edəcək

İbrahim Rəisi Çinə səfər edəcək

İran prezidenti İbrahim Rəisi bazar ertəsi üç günlük səfər üçün Pekinə gedəcək.

Rasthaber Azərbaycan xəbər verir ki, İbrahim Rəisi Çin prezidenti ilə ikitərəfli görüş keçirməyi planlaşdırır. İki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqların aparılması və əməkdaşlığa dair sənədlərin imzalanması da gündəmdədir.

İran hökumətinin başçısı iki ölkənin iş adamlarının birgə iclasında iştirak edəcək və Çində yaşayan iranlılarla görüşəcək. Rəisi Çin mütəfəkkirləri və ziyalıları ilə də görüşəcək.
Rəisini Pekinə səfəri zamanı bir sıra nazirlər müşayiət edir. İran prezidenti yeni Çin ilində Çin liderinin ilk yüksək səviyyəli qonağı hesab olunur.
Xatırladaq ki, Si Cinpin ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənd sammiti çərçivəsində Rəisini Pekinə səfərə dəvət etmişdi.
İslam Respublikası Gömrük Xidmətinin məlumatlarına əsasən, Çin İranın ən böyük ticarət tərəfdaşıdır. Çinin İrandan idxalının həcmi 2022-ci ildə 12 milyard 600 milyon dollar təşkil edib. İran həmçinin Çindən 12 milyard 700 milyon dollarlıq mal idxal edib.

Xəbəri paylaş

VİDEOLAR