İran İslam Respublikası prezidenti xristian ölkələrinin rəhbərlərinə ünvanladığı ayrı-ayrı müraciətlərdə onları Həzrət İsa Məsihin (ə) əzəmətli mövludu və yeni ilin başlanması münasibətilə təbrik edib.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Seyid İbrahim Rəisi bu müraciətlərdə Həzrət İsa Məsihin (ə) mövludunu təbrik edərək, qeyd edib ki, Həzrət İsa Məsihin (ə) viladətinin ildönümü İran xalqı üçün də əziz və mübarəkdir.
"Həzrət İsa (ə) müsəlmanlar arasında xristianlardan heç də az hörmətə malik deyil. Həzrət İsa Məsih (ə) zalımlar qarşısında dözüm və müqavimətin təcəssümü və hegemonlara qarşı mübarizədə azadlıqsevərlər üçün ilham mənbəyidir. Bu böyük Peyğəmbər və onun pak anası Quranda dəfələrlə xatırlanır", -deyə Rəisi qeyd edib.